Kraliça zorlamada ittiham olunan oğlunun rütbələrini əlindən aldı

Kraliça zorlamada ittiham olunan oğlunun rütbələrini əlindən aldı Kraliça II Yelizavetanın oğlu, zorlamada ittiham olunan şahzadə Endryu hərbi rütbələrdən və kral himayəsindən məhrum edilib.

Bu barədə Bukingem sarayının mətbuat xidməti məlumat yayıb.
"Kraliçanın təsdiqi və razılığı ilə York hersoqunun fəxri hərbi rütbələri və kral himayələri kraliçaya qaytarılıb. York hersoqu heç bir ictimai vəzifə yerinə yetirməyəcək və bu məsələdə adi şəxs kimi özünü müdafiə edəcək.”, - deyə məlumatda bildirilir.
Bundan əvvəl hüquq müdafiəçisi Virciniya Cuffre Manhettendə federal məhkəmədə iddia qaldıraraq, 17 yaşında olarkən şahzadə Endryunun ona təcavüz etdiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər