“Mühəndislik düşərgəsi”ndə tələbələrə maraqlı olan mövzularda seminarlar təşkil ediləcək

“Mühəndislik düşərgəsi”ndə tələbələrə maraqlı olan mövzularda seminarlar təşkil ediləcək Təhsil İnstitutunun Quba rayonunda martın 22-26-da təşkil edəcəyi “Mühəndislik düşərgəsi”ndə beynəlxalq və yerli şirkətlərdə çalışan peşəkar mühəndislər öz təcrübələrini tələbələrlə bölüşəcəklər.
Peşəkarlar müxtəlif komanda işləri aparacaq və tələbələrlə birlikdə mühəndislik keysləri əsasında praktik tapşırıqları həll edəcəklər.
Spikerlər tələbələrə maraqlı olan mövzularda - layihələrin idarə olunması, kommersiyalaşma, mühəndisliklə bağlı qlobal trendlər, yeni texnologiyalar, dizayn təfəkkürü, səmərəli istehsalın təşkili və planlaşdırılması, proseslərin təhlükəsizliyi, mühəndislik əsaslı startaplar və digər istiqamətlərdə müxtəlif seminarlar keçəcəklər.
Düşərgə tələbələrə dünyada mühəndislik sahəsində baş verən təcrübələr, mühəndislikdə idarəetmə və karyera inkişafı ilə bağlı səriştələrə yiyələnmək imkanı verəcək.

Tehsil-press.az


Oxşar xəbərlər