"Google" Rusiyada xəbər xidmətinə girişin məhdudlaşdırıldığını təsdiqləyib

ABŞ-ın "Google" şirkəti istifadəçilərin Rusiyada "Google News" internet xidmətinin veb-saytına və tətbiqinə daxil ola bilməyəcəyini təsdiqləyib.
"Təsdiq edirik ki, bəzi [istifadəçilər] Rusiyada "Google News" vebsaytına və tətbiqinə daxil olmaqda çətinlik çəkirlər, bu, bizim tərəfimizdən hər hansı texniki problemlə bağlı deyil", - deyə şirkətdən bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər