Azərbaycan Texniki Universitetində elmi tədqiqat işlərinin perspektivləri müzakirə olunub

Azərbaycan Texniki Universitetində elmi tədqiqat işlərinin perspektivləri müzakirə olunub Azərbaycan Texniki Universitetində (AzTU) Elm Gününə həsr olunan seminar keçirilib.
Tədqiqat və inkişaf şöbəsinin müdir müavini Nağı Qasımov elmi tədqiqat işləri və beynəlxalq indeksli elmi jurnallara təqdim olunan məqalələrlə bağlı kafedraların hesabatını təqdim edib.
Daha sonra rektorun elmi tədqiqat məsələləri üzrə müşaviri Fariz Məmmədov AzTU-nun üzv qəbul olunduğu CDIO Təşəbbüsü Universitetlər Şəbəkəsi haqqında məlumat verib. O, həmçinin CDIO-ya üzvlüyün tədrisin, elmi tədqiqat işlərinin və universitet-sənaye işbirliyinin inkişafına verəcəyi töhfələr barədə geniş təqdimatla çıxış edib.
AzTU-nun rektoru Vilayət Vəliyev kafedraların iş prinsipi ilə bağlı mövcud problemlər və onların həlli yollarından danışıb. Rektor tədrisin və elmi tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlarını verib.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər