AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır

AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) “Web of Science” kateqoriyalı jurnallarda Azərbaycan alimlərinin məqalələrinin dərc olunması imkanlarını artırmaq üçün seminar keçirib.
Seminarda çıxış edən rektor Vilayət Vəliyev universitet alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanlarının yüksək olduğunu deyib. Rektor elmi tədqiqatların inkişafında birgə əməkdaşlığın vacibliyindən danışıb. Bu sahədə akademik Fikrət Əliyevin böyük təcrübəyə malik olduğunu xatırladan Vilayət Vəliyev seminarın AzTU alimlərinin gələcək fəaliyyətlərinə töhfə verəcəyini deyib.
Daha sonra akademik Fikrət Əliyev məruzə ilə çıxış edib.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər