
Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudandakı missiyasının (UNMISS) rəhbəri Nikolas Heysom bildirib.
“Cənubi Sudan əhalisinin üçdə ikisi və ya 9 milyona yaxın insan – bunlardan 4,6 milyonu uşaqdır – sağ qalmaq üçün köməyə ehtiyac duyur. Ərzaq qıtlığı ölkənin müxtəlif bölgələrində hiss olunacaq”, - deyə o Afrika ölkəsinin paytaxtı Cubada keçirdiyi mətbuat konfransında deyib.
N.Heysom ölkənin təcili və daimi maliyyəyə ehtiyacı olduğunu vurğulayıb. “Yalnız dünya birliyinin birgə səyləri Cənubi Sudanda ən pis hadisələrin qarşısını ala bilər”, - deyə o söyləyib.
Tehsil-press.az