
Bu barədə BMT, Avropa İttifaqı və Qlobal Qida Böhranı Şəbəkəsinin hesabatında deyilir.
Sənədə əsasən, münaqişələr, iqtisadi böhran, ekstremal hava şəraiti, COVİD-19 pandemiyası 2020-ci ildə azı 155 milyon insanı kəskin aclıq vəziyyətinə gətirib. Bu isə əvvəlki illə müqayisədə 20 milyon nəfər çoxdur. Aclıqla üzləşənlər əsasən 55 ölkə və ərazidə qeydə alınıb.
Aclıqla üzləşən 155 milyon nəfərdən 98 milyonu Afrika qitəsinin payına düşür. Bununla yanaşı, Yəmən, Əfqanıstan, Suriya və Haiti də qida böhranı yaşanan ölkələr siyahısında ilk 10-luqdadır.
Tehsil-press.az