ADNSU: Tələbələr mübadilə proqramları və təlimlər barədə məlumatlandırılıb

ADNSU: Tələbələr mübadilə proqramları və təlimlər barədə məlumatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsi tələbələr üçün “Məlumat günü” keçirib.
Tədbirdə çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova şöbənin fəaliyyət istiqamətləri, tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları və təlimlərdən danışıb, tələbələri təlimlərdə iştirak etməyə dəvət edib.
Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi Leyla Nağıyevanın xaricdə təhsilə imkan verən proqramlar (Erasmus+, Mevlana), şöbənin təklif etdiyi yay məktəbləri, həmçinin istənilən proqrama müraciət zamanı tələbələrin bilməli olduğu məqamlar, seçim prosesi və s. barədə təqdimatı dinlənilib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər