
Bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb. Səudiyyə Ərəbistanının rəsmiləri bildiriblər ki, dünyanın müxtəlif ölkələrindən Ümrə ziyarətinə gələnlərə xidmət üçün Peyğəmbər məscidində sutkanın 24 saatı müddətində xidmət briqadaları, o cümlədən həkimlər fəaliyyət göstərirlər. Ramazan ayı ərzində bu müqəddəs məsciddə ibadət edənlər arasında hər hansı infeksion xəstəlik qeydə alınmayıb.
Krallığın səhiyyə naziri Fəhd əl-Cəlacilin sözlərinə görə, Ümrə ziyarəti ilə bağlı ciddi profilaktik tədbirlər görülüb. Bu məqsədlə Ramazan ayında 18 min nəfərlik səhiyyə xidməti briqadaları yaradılıb.
Tehsil-press.az