Beləliklə, adıçəkilən tədbirdə uiversitetin 150 tələbəsi və 20-ə yaxın müəllimi iştirak edib. Tərbiyə işləri üzrə prorektor Xanım Sultanova, universitetin həmkarlar təşkilatının sədr müavini Fikrət Həsənov da iştirakçılar arasında olub. Tələbələr qısa müddət ərzində təyin edilmiş ərazidə 150 ədəd küknar əkib. Elə oradaca qərara alınıb ki, həmin ağaclara gələcəkdə də BSU kollektivi qulluq etsin.
Tələbələrin müəyyən edilmiş əraziyə gedib-gəlməsini Xaliq Faiqoğlu şirkəti təmənnasız təmin edib. Kompaniyanın sonunda tələbələr və müəllim kollektivi əkdikləri ağacların fonunda xatirə şəkili çəkdiriblər. İnanırıq ki, BSU-nun bu aksiyası digər universitetlər tərəfindən də dəstəklənəcək və şəhərətrafı ərazilərin yaşıllaşdırılmasına öz töfhələrini verəcəklər.
BSU-nun mətbuat xidməti
