UFAZ tələbələri Geologiya və Geofizika İnstitutunda təcrübə keçirlər

UFAZ tələbələri Geologiya və Geofizika İnstitutunda təcrübə keçirlər AMEA-nın Geologiya və Geofizika İnstitutunun Seysmologiya, geomaqnetizm və petrofizika, Geotermiya, Seysmostratiqrafiya, Müasir geodinamika və kosmik geodeziya şöbələrində Azərbaycan-Fransız Universiteti (UFAZ) tələbələrinin təcrübələri davam edir.
Təcrübə seysmologiya, geomaqnetizm, seysmostratiqrafiya, qravimetriya, geodinamika və Yerin istilik sahələrini əhatə edib.
Tələbələr təcrübə müddəti ərzində şöbələrdə cihaz və avadanlıqlarla, onların iş prinsipləri ilə tanış olmaqla yanaşı, Azərbaycan ərazisinin seysmikliyi, güclü zəlzələlərin makroseysmik tədqiqatları, instrumental tədqiqatlar, Yer qabığının gərginlik vəziyyəti haqqında, seysmikliyinin zaman klasterləşməsi, zəlzələlərin təhlili, seysmik təzahür, stasionarlıq və seysmik rejimin xüsusiyyətləri barəsində biliklərə yiyələniblər. Həmçinin süxur nümunələrinin paleomaqnit xüsusiyyətini öyrənərək maqnitostratiqrafik şkala, respublika ərazisində aparılmış termometriya tədqiqatları və s. barədə biliklər əldə ediblər. Tələbələr şöbələrdə yerinə yetirilən tədqiqat işlərinin mövzusuna uyğun metodiki yanaşmaları, hesablama prinsiplərini mənimsəyərək elmi işlərin aparılmasında yaxından iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər