
Tələbələrin müasir mədəni dünyagörüşünün artırılması, onların musiqi və rəqs zövqünün inkişaf etdirilməsi və multikultural dəyərlərin təşviqi məqsədilə keçirilən Vyana balında Təhsil Nazirliyinin “SABAH” İcra Komitəsinin üzvləri və UNEC-in struktur rəhbərləri, müəllim və tələbələr iştirak edib.
Vyana balında “SABAH” məzunları və tələbələri bal rəqsləri, eləcə də klassik, milli, müasir rəqslərin peşəkar səviyyədə ifası ilə yanaşı, bir-birindən gözəl, fərqli çıxışlar ediblər. Bəstəkar Tofiq Quliyevin əsərinin sədaları altında tələbələrin müəllimləri rəqsə dəvət etmələri iştirakçıların xüsusi marağına səbəb olub.
Tehsil-press.az