Rəqəmsal iqtisadiyyata həsr edilən beynəlxalq konfransa 15 ölkədən 180-dən çox məqalə təqdim olunub

Rəqəmsal iqtisadiyyata həsr edilən beynəlxalq konfransa 15 ölkədən 180-dən çox məqalə təqdim olunub “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfransa 15 ölkədən, o cümlədən İngiltərə, Portuqaliya, Serbiya, İsrail, Litva, Türkiyə, Slovakiya, Macarıstan, Kolumbiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, Rusiya və Özbəkistandan məqalələr qəbul edilib.
Bu barədə UNEC-in rektoru professor Ədalət Muradov konfransın açılış mərasimində bildirib. Rektor deyib ki, konfransa 181 məqalə qəbul edilib. Bunlardan 85-i Azərbaycan, 47-si ingilis, 45-i rus, 4-ü türk dilindədir. UNEC müəllifləri 82 məqalə, xarici müəlliflər 53 məqalə, Azərbaycanın digər ali məktəb və elmi təşkilatlarından 43 məqalə daxil olub. Xaricdən daxil olan məqalə müəllifləri 28 universiteti, ölkədaxili məqalə müəllifləri isə 25 universiteti təmsil edir.
Xatırladaq ki, rəqəmsal iqtisadiyyatla bağlı I konfrans 2020-ci ildə keçirilib.
Aparıcı dövlət və özəl qurumları bir araya gətirəcək builki konfransda qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunacaq.
Konfrans aprelin 29-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər