Xəzər Universitetində beynəlxalq onlayn konfrans keçirilib

Xəzər Universitetində beynəlxalq onlayn konfrans keçirilib Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə “Dil, ədəbiyyat və dilçilik fəlsəfəsi üzrə beynəlxalq onlayn konfrans” (İCPL 2020) keçirilib.
110 müəllifin və həmmüəllifin iştirak etdiyi konfransa 82 məqalə təqdim olunub. Konfransda yer almış məqalələrin bir hissəsi Azərbaycan, digər qismi isə Rusiya, İran, Gürcüstan, Braziliya, Rumıniya, Bolqarıstan, Ukrayna, Pakistan, ABŞ, İraq, Nigeriya, Oman, Yaponiya, Finlandiya, Səudiyyə Ərəbistanı və s. ölkələrin tədqiqatçıları tərəfindən göndərilib.
Açılış mərasimində universitetin rektoru, dosent İradə Xəlilova, İngilis dili və ədəbiyyatı departamentinin rəhbəri Bahman Amani, Təbriz Universitetinin əməkdaşı Yaser Hadi çıxış ediblər. Sonra İngilis dili və ədəbiyyatı departamentinin tədqiqat işləri üzrə koordinatoru Milana Abbasova məqalə və panellər haqqında məlumat verib.

Tehsil-press.az

Oxşar xəbərlər