
Rektorun ümumi məsələlər üzrə müşaviri, professor İsmayıl Əliyev, ali məktəbin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, tədris departamentinin müdiri, professor Məlahət Qurbanova imtahan prosesi ilə tanış olub, valideynlərlə görüşərək onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, “Gənc istedadlar” liseyi 2007-ci ildən fəaliyyət göstərir. İndiyədək bu təhsil ocağını bitirən 334 məzunun hamısı respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunublar.
Məzunlardan 25 nəfəri qızıl, beş nəfəri gümüş, beş nəfəri isə Prezident təqaüdünə layiq görülüb.
Hazırda liseydə 600-dək şagird təhsil alır.
Hikmət Əliyev

