
288, 315, 326, 26, 95, 276, 313, 117, 94, 136, 158, 252, 299, 200, 202, 229 nömrəli tam orta məktəblərin, 291 nömrəli Ekologiya liseyinin, 160 nömrəli Klassik Gimnaziyanın, 147 nömrəli Texniki-Humanitar Liseyin və 220 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət komandaları ən yüksək nəticə göstərərək olimpiadanın final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, komanda şəklində yarışan VIII, IX, X sinif şagirdləri olimpiadanın I mərhələsində 3 saat ərzində hər fənn üzrə 15 sualdan (ümumilikdə 45 sual) ibarət test tapşırıqlarını yerinə yetiriblər.
Olimpiadanın I mərhələsində test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla qiymətləndirilib. Olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 20 komanda final mərhələsində iştirak edəcək.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.
Tehsil-press.az