
Fransanın Strasburq Universitetinin əməkdaşı Echkart Hötzel və Türkiyənin Atılım Universitetinin əməkdaşı Ayfer Altayın iştirakı ilə keçirilən təlimlərdə German, roman və tərcümə kafedrasının müəllimləri qarşılıqlı müzakirələr aparıblar.
Təlim ingilis, alman və fransız dillərində keçirilib. Tərcüməçilik fəaliyyəti ilə məşğul olan və iş fəaliyyətlərini gələcəkdə bu istiqamətdə davam etdirmək istəyən təlim iştirakçıları peşəkar məsləhətlərdən faydalanaraq, praktik və nəzəri dərs metodları ilə ətraflı tanış olublar.
Tədbirin sonunda iştirakçılara sertifikat verilib.
Tehsil-press.az