Yaponiya hökuməti İsveçin NATO-ya üzv qəbul olunmaq istəyinə hörmətlə yanaşır

Yaponiya hökuməti İsveçin NATO-ya üzv qəbul olunmaq istəyinə hörmətlə yanaşır Yaponiya hökuməti İsveçin NATO-ya üzv qəbul olunmaq barədə qərarına hörmətlə yanaşır.
Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mayın 17-də keçirilən növbəti mətbuat konfransı zamanı bildirib.
“Yaponiya hökuməti Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar təhlükəsizliklə bağlı vəziyyətin gərginləşməsi fonunda İsveçin ənənəvi bitərəf qalmaq siyasətini dəyişmək və NATO-ya üzv olmaq barədə qərarını anlayır və buna hörmətlə yanaşır”, - deyə baş katib qeyd edib. Bununla yanaşı, H.Matsuno İsveçin NATO-ya üzv olmasının regionda hadisələrə necə təsir edəcəyi barədə proqnozdan çəkinib və Ukrayna ətrafında vəziyyətin yalnız Avropaya deyil, həmçinin Asiyaya da təsir edəcəyini növbəti dəfə vurğulayıb.
“Biz dünyanın istənilən nöqtəsində status-kvonun güc yolu ilə dəyişməsinə göstərilən istənilən cəhdi qəbuledilməz hesab edirik”, - deyə baş katib əlavə edib.
H.Matsuno həmçinin bildirib ki, Yaponiya Rusiyanın Ukraynaya qarşı hərəkətini qətiyyətlə pisləyir və rəsmi Tokio ümumi dəyərləri bölüşdüyü ölkələrlə birlikdə bu istiqamətdə fəaliyyəti davam etdirəcək.
Xatırladaq ki, mayın 16-da İsveç Krallığının hökuməti NATO-ya üzv qəbul olunmaq üçün müraciət etmək barədə qərar qəbul edib.

Tehsil-press.az


Oxşar xəbərlər