AMEA-nın həqiqi üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov Azərbaycan Universitetinin tələbələrinə "Müasir dövrdə Azərbaycan tarixinin aktual problemləri" mövzusunda ustad dərsi keçib. Tədbirdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və institutun direktor müavinləri professor Cəbi Bəhramov, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli də iştirak edib.
Akademik məruzəsində Azərbaycan tarix elmindəki mövcud vəziyyət və rəhbəri olduğu Tarix İnstitutunda görülən işlər haqqında danışıb. Yaqub Mahmudov qeyd edib ki, ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyevin Azərbaycan tarixinin öyrənilməsinə göstərdiyi xüsusi diqqət və qayğı Tarix İnstitutu təfəfindən yeni fundamental tədqiqatların aparılmasına və layihələrin həyata keçirilməsinə səbəb olub. Azərbaycan tarixinin qəsdən saxtalaşdırılmış bir çox problem və səhifələri əsas tədqiqat obyektinə çevrilib, bu istiqamətdə ciddi çalışmalar aparılıb. Ölkə başçısının çağırış, tövsiyə və tapşırıqları ilə institut tərəfindən son illərdə Azərbaycan tarixinə dair 300-dən çox əsər və sənədlər toplusu nəşr olunub. Qarabağ, Naxçıvan və İrəvan xanlığının tarixinə dair silsilə əsərlər hazırlanıb və müxtəlif xarici dillərə tərcümə edilərək dünyada yayılıb.
Tələbələri təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştiraka səsləyən akademik deyib: “Regionun ən qədim dövlətçilik tarixi bizə məxsusdur. Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Azərbaycan xalqı imperiyalar yaradan, qonşu xalqları idarə edən xalq olub.”
Yaqub Mahmudov məruzəsində qeyd edib ki, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur, başqa xalqlara yem olacaq və tarix səhnəsindən silinəcəkdir. Tarixinə sahib çıxan xalq isə yenilməzdir. Gənclər dövlətçilik tariximizi öyrənməli, tarixi şəxsiyyətlərimizi, milli-mənəvi irsimizi qorumalı və ona sahib çıxmalıdır.
Akademik tələbələrin mövzu haqqında suallarını da cavablandırıb.
Rektor Səadət Əliyeva, ictimai elmlər kafedrasının müdiri, prof. Qabil Əliyev dəvəti qəbul etdiyi və tələbələrə təqdim etdiyi dəyərli məlumatlar üçün akademikə təşəkkür ediblər.
Sonda Azərbaycan Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistratura pilləsində, tərcümə, filologiya və tarix ixtisasları üzrə bakalavriat pilləsində təhsil alan və yüksək göstəricilərlə oxuyan tələbələrə Tarix İnstitutunun nəşrləri hədiyyə edilib.
Tədbir çərçivəsində akademik Yaqub Mahmudovun və Tarix İnstitutu tərəfindən çap olunan əsərlərin sərgisi də təşkil olunub. Tədbirdən sonra 300 adda 2 min kitab Azərbaycan Universitetinin kitabxanasına hədiyyə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi