Dillər Universitetinin professoru Azərbaycan multikulturalizmi fənnini İndoneziyada tədris edib

Dillər Universitetinin professoru Azərbaycan multikulturalizmi fənnini İndoneziyada tədris edib Azərbaycan Dillər Universitetinin (ADU) professoru Həbib Zərbəliyev Azərbaycan multikulturalizmi fənnini bu ilin fevral–aprel aylarında İndoneziyanın Qacah Mada Universitetində tədris edib.
30 akademik saatdan ibarət bu intensiv kurs Mədəniyyətşünaslıq fakültəsində seçmə fənn kimi təklif edilib və müxtəlif ixtisaslar üzrə təhsil alan I–IV kurs tələbələrinin böyük marağına səbəb olub. Mühazirələr Azərbaycan multikulturalizminin tarixi, inkişafı, dövlətin multikulturalizm siyasəti, Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə qazandığı nailiyyətlər və digər mövzuları əhatə edib.
İndoneziyada bir çox ali məktəbdə 2021–2022-ci tədris ilində dərslər onlayn formatda keçirildiyindən Azərbaycan multikulturalizmi fənni üzrə məşğələlər və yekun imtahan da məsafədən təşkil edilib. Bütün dinləyicilər kursu müvəffəqiyyətlə bitirib.

Tehsil-press.az


Oxşar xəbərlər