Pedaqoji Universitetdə “Şuşa kuboku” intellektual yarışının qalibləri müəyyənləşib

Pedaqoji Universitetdə “Şuşa kuboku” intellektual yarışının qalibləri müəyyənləşib Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Xəmsə” milli intellektual oyunu formatında “Şuşa kuboku” yarışı keçirilib.
Yarışdan öncə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin tələbələrindən ibarət komandalar arasında gərgin mübarizə şəraitində keçən maraqlı yarışın sonunda finala yüksələn “Sirius”, “Məntiqə sığmayanlar”, “Permanent” və ”9002” komandaları üz-üzə gəliblər.
Final qarşıdurmasının başlanğıcında çıxış edən fakültənin dekanı dosent Elnarə Mehbalıyeva “Şuşa kuboku” intellektual oyununun “Şuşa İli” çərçivəsində keçirildiyini bildirib və finalçılara uğurlar arzulayıb.
Yarışın nəticələrinə əsasən, “Məntiqə sığmayanlar” komandası birinci, “9002” komandası ikinci, “Permanent” komandası isə üçüncü yeri tutub. Qaliblər kubok, medal və diplomlarla təltif olunub.

Tehsil-press.az


Oxşar xəbərlər