Belarus universitetləri ilə BDU-nun əməkdaşlıq perspektivləri müzakirə olunub

Belarus universitetləri ilə BDU-nun əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycanın Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-nun rektoru Elçin Babayevlə səfirin görüşündə Azərbaycan-Belarus əlaqələrindən söz açılıb, hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişafı imkanları müzakirə olunub.
Rektor ölkəmizin ən böyük ali təhsil müəssisəsi olan BDU-nun dünyanın bir sıra tanınmış universitetləri ilə sıx əməkdaşlıq etdiyi, qarşılıqlı təcrübə mübadiləsi apardığı haqqında məlumat verib, hazırda dünyanın 7 qabaqcıl ali təhsil müəssisəsi ilə ikili diplom proqramları üzrə birgə kadr hazırlığının həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Belarus universitetləri ilə də qarşılıqlı təcrübə mübadiləsi, birgə elmi tədbirlərin keçirilməsi, elmi-tədqiqat işlərinin aparılması və s. istiqamətində işlər nəzərdə tutulub.
Səfir Ülvi Baxşəliyev Azərbaycan və Belarus arasında mədəni, elmi və təhsil əlaqələrinin zəngin tarixinin olduğunu söyləyərək, gələcəkdə bu əlaqələrin inkişaf etdirilməsi üçün səfirliyin yardımçı olacağını qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər