
Qarşıdurma Milli Təhlükəsizlik Şurasının binasına girişləri mühafizə edən polis qüvvələri ilə binaya daxil olmağa çalışan aksiya iştirakçıları arasında başlayıb. Təhlükəsizlik qüvvələri dəstək üçün göndərilən “qara beretlilərin” - xüsusi təyinatlıların köməyi ilə etirazçıları mühasirəyə alsa da, onlara hücum etməyib. İnsident bir neçə qarşıdurma ilə yekunlaşıb və ciddi toqquşmalara keçməyib.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.
Tehsil-press.az