UNEC-də Elmi şuranın növbəti iclası keçirilib

UNEC-də Elmi şuranın növbəti iclası keçirilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın növbəti iclası keçirilib.
İmtahan mərkəzinin direktoru dosent Söhrab İsayev 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq barədə məlumat verib.
Bildirib ki, yaz semestrinin imtahan sessiyasının iyunun 1-dən iyulun 5-dək keçirilməsi nəzərdə tutulur. Ümumilikdə 10 min 169 nəfər bakalavriat üçün orta hesabla 5 fənn və 3070 magistrant üçün orta hesabla 3 fənn üzrə imtahan keçirilməsi, habelə bakalavriat səviyyəsi üzrə 4229 tələbə, magistratura səviyyəsi üzrə 1896 magistrant üçün yekun dövlət attestasiyasının keçirilməsi gözlənilir.
Sonra inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov abituriyentlər arasında UNEC-in tanıtım kampaniyasının təşkili haqqında məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, universitetin 7 qrup, 22 nəfərdən ibarət olan professor-müəllim heyəti respublikanın 26 şəhər və rayonuna ezam olunaraq ümumilikdə 179 məktəbdə abituriyentlərlə görüşüb, onlara UNEC barədə məlumat verib.
Tədris üzrə prorektor dosent Gəray Musayev isə 2021/2022-ci tədris ilinin yaz semestrinin tədrisinin təşkili, 2022/2023-cü tədris ilinə hazırlığın vəziyyəti və görülən işlər haqqında hesabatla çıxış edib. Prorektor növbəti tədris ilində UNEC Biznes Məktəbində 8 ixtisaslaşma, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində 4 ixtisaslaşma və bakalavr səviyyəsində ingilis dilində “İnformasiya təhlükəsizliyi” olmaqla yeni proqramlar üzrə tədrisin təşkil olunacağını qeyd edib. Həmçinin Təhsil Nazirliyi SABAH magistratura səviyyəsində qida mühəndisliyi ixtisası və elektron kommersiya ixtisaslaşması üzrə növbəti tədris ilindən magistrantların proqrama qəbulunun nəzərdə tutulduğunu bildirib.
Prorektor humanitar fənlərin tam distant, ixtisas üzrə nəzəri fənlərin bir qisminin tədrisinin hibrid qaydada təşkil edilməsini, müəyyən fənlərin tədrisinə nüfuzlu xarici universitetlərin professorlarının cəlb olunması və s. məsələləri nəzərə çatdırıb.
UNEC-də ilk dəfə olaraq, 2021/2022-ci tədris ilindən UDİD və Minor proqramlarının tətbiqinə başlanıldığı, hazırda 8 tələbənin UDİD, 5 tələbənin isə Minor proqramında təhsil aldığı bildirilib.
Tədbir müzakirələrlə davam edib.
Elmi şurada UNEC-in rektoru professor Ədalət Muradov bir sıra dəyişikliklər barədə təkliflər səsləndirib.
Gənc Müəllimlər Şurasının üzvü Aygün Abdulova UNEC Akademik İnkişaf Mərkəzinin yaradılması və universitetdə “İlin gənc müəllimi” mükafatının təsis edilməsi haqqında təklif irəli sürüb.
Şura üzvlərinin səsverməsi ilə UNEC-də yeni qərarlar qəbul edilib.

Tehsil-press.az


Oxşar xəbərlər