UFAZ-da yaz imtahan sessiyası başlanıb

UFAZ-da yaz imtahan sessiyası başlanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) bakalavr və magistratura pillələrində təhsil alan tələbələrin yaz imtahanlarına start verilib.
İmtahanların iyunun 14-də başa çatdırılması planlaşdırılır. Bakalavriat pilləsi üzrə 4, magistratura pilləsi üzrə isə 3 ixtisas var. İmtahanlarda bakalavriat pilləsində ümumilikdə 579, magistratura pilləsində isə 107 tələbə iştirak edir. Bütün imtahan otaqlarına 2 və ya 3 müəllim nəzarət edir.
İmtahan sualları fənn müəllimlərindən ibarət xüsusi qrup tərəfindən tərtib edilib. İmtahan vərəqələri yoxlanıldıqdan sonra yekun qərar üçün Strasburq Universitetinin ekspertlərindən ibarət münsiflər heyətinə təqdim olunacaq və qiymətlər daha sonra tələbələrə elan ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər