
Bosniya və Herseqovina Prokurorluğunun məlumatına görə, Medyine bölgəsində kütləvi məzarlıqdakı qazıntılar tamamlanıb, qazıntılar zamanı Bosniya müharibəsində həlak olan 15 nəfərin sümüklərinin qalıqları aşkarlanıb. Açıqlamada bölgədəki qazıntıların bir ay davam etdiyi, sümük qalıqlarının isə şəxsiyyətin müəyyən olunması üçün aidiyyəti qurumlara təhvil verildiyi bildirilib.
Bosniya və Herseqovina İtkin Şəxslər İnstitutunun məlumatına görə, indiyədək ölkədə 550-dən çox kütləvi məzarlıq aşkarlanıb.
Tehsil-press.az