Təhsil naziri: Pandemiya dövründə müəllimlərimiz xüsusi fədakarlıq göstərdilər

Təhsil naziri: Pandemiya dövründə müəllimlərimiz xüsusi fədakarlıq göstərdilər Pandemiya dövründə müəllimlərimiz, xüsusilə yaşlı nəslin nümayəndələri fədakarlıq göstərdilər.
Bunu təhsil naziri Emin Əmrullayev Gənc Müəllimlərin II Forumunda söyləyib. E.Əmrullayev müəllim peşəsinin özəlliklərindən, təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən söz açıb. Nazir ölkəmizdə dövlət tərəfindən müəllimlərə göstərilən diqqət və qayğıdan, onların əməkhaqlarının artırılmasından, eyni zamanda, müəllimlərin sertifikasiyasından danışıb. Emin Əmrullayev cəmiyyətimizdə müəllimlərə yüksək səviyyədə dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Təhsil naziri forum iştirakçılarına uğurlar arzulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər