İtaliyada benzinin qiyməti rekord həddə yüksəlib

İtaliyada benzinin qiyməti rekord həddə yüksəlib İtaliyada avtomobil benzininin bir litrinin qiyməti 2 avronu keçərək rekord həddə çatıb.
Roma və Milan şəhərlərindəki yanacaqdoldurma məntəqələrində benzinin bir litrinin qiyməti həftə ərzində 4 faizədək bahalaşaraq 2 avronu keçib. Bu, 2014-cü ildən bəri rekord göstəricidir.
Şəhərlərarası yollardakı yanacaqdoldurma məntəqələrində isə benzinin bir litrinin qiyməti 2,2 avroya satılır. Dizel yanacağının bir litrinin qiyməti isə 1,7-1,9 avro arasında dəyişir.
Milli İstehlakçılar Birliyi hökumətdən aksiz vergilərinin dərəcələrinə müdaxilə etməyi və ƏDV-nin 22 faizdən 10 faizə endirilməsini xahiş edib.

Tehsil-press.az

Oxşar xəbərlər