SOCAR-dan yanacaq satışı ilə bağlı - Rəsmi açıqlama

SOCAR-dan yanacaq satışı ilə bağlı - Rəsmi açıqlama Ötən gün sosial şəbəkələrdə paytaxtda yanacaqdoldurma məntəqələrində maşınların növbəyə dayanması ilə bağlı fotolar yayımlanıb. Yayılan məlumatlarda şəxsi maşınların benzinlə təminatında problem yaranacağı iddia edilib.
Tehsil-press.az məsələ ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovla əlaqə saxlayıb. İ. Əhmədov bildirib ki, SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrində benzinin satışı ilə bağlı hər hansı məhdudiyyət yoxdur: “Bizim yanacaqdoldurma məntəqələrində heç bir problem yoxdur. Hansısa fərdi satıcılar yanacaqdoldurma məntəqələrini bağlayıbsa, onlardan məlumatımız yoxdur. SOCAR- ın yanacaqdoldurma məntəqələrində normal satış davam edir”.
İ.Əhmədov qeyd edib ki, ölkəyə idxal olunan benzinlərin qiyməti aşağı düşdüyü üçün qiymətlər də aşağı salınıb: “Ölkə daxilində istehsal olunan benzinin qiymətini isə Tarif Şurası müəyyən edir”.
***
Daha sonra SOCAR-ın rəsmi feysbuk səhifəsi də bununla bağlı açıqlama yayıb:
“Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur.
Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”.

Tehsil-press.az



Oxşar xəbərlər