ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub

ABŞ-da helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub ABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində "Bell UH-1B" tipli helikopter qəzaya uğrayıb.
Bu barədə yerli WBOY telekanalı məlumat verib. Xəbərdə bildirilib ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerindədir, magistral yol bağlanıb.
Qəzanın səbəbləri hələlik məlum deyil, lakin FAA (Federal Aviasiya Administrasiyası) və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisənin səbəblərini araşdıracaq.

Tehsil-press.az

Oxşar xəbərlər