Cənubi Koreyada göyərtəsində 4 nəfər olan helikopter qəzaya uğrayıb

Cənubi Koreyada göyərtəsində 4 nəfər olan helikopter qəzaya uğrayıb Cənubi Koreyanın Mara adası yaxınlığında sahil mühafizə xidmətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində heyət üzvündən ikisi həyatını itirib, biri isə itkin düşüb.
Göyərtəsində 4 nəfər olan “Sikorsky S-92” helikopteri yerli vaxtla gecə saatlarında hündürlüyü itirərək suya düşüb. Helikpter yedək qayığının itkin düşən heyət üzvlərinin axtarışı üçün 6 xilasedicini patrul qayığına endirib geri qaydırakən qəzaya uğrayıb.
Qəza yerinə gələn sahil mühafizə xidməti pilotların birini sudan sağ çıxara bilib, 2 pilotun isə meyiti tapılıb. Helikopterdəki 4-cü nəfərin-mexanikin axtarışları davam edir.
Qəzanın səbəbləri barədə dəqiq məlumat yoxdur.

Tehsil-press.az


Oxşar xəbərlər