Çıxışını “Yaşasın Azərbaycan” sözləri ilə bitirdi

Çıxışını “Yaşasın Azərbaycan” sözləri ilə bitirdi İlk dəfə Azərbaycan bayrağı altında döyüş keçirən Rafael Fiziyev UFC-də braziliyalı Rafael dus Anyusa qalib gəldiyi görüşdən sonra fikirlərini bölüşüb.
“Azərbaycanı təmsil edərkən belə başlamaqdan çox xoşbəxtəm. Bu, mənim köklərimdir, mənim ailəmdir, mənim tariximdir. Və mən demək istəyirəm ki, yaşasın Azərbaycan!”
“İndi biz UFC-də ən yaxşı Rafaelin kim olduğunu dəqiq bilirik. Bir halda ki, mən 5-ci raundda nokautla qalib gəlmişəm, mənə TOP-5-də olan rəqib verin”, - deyə təmsilçimiz fikirlərinə əlavə edib.
Fiziyev ABŞ təmsilçisi Castin Geyci ilə döyüşmək niyyətində olduğunu da bildirib: "Geyci, başqa sarışınla üz-üzə gəlmək istəyirsənsə, aramızda kimin ən yaxşı olduğunu öyrənək. Bu, hər ikimiz üçün yaxşı mübarizədir. Hazırsansa, qorxmursansa və boş-boş danışmayacaqsansa, getdik. Yaşasın Azərbaycan!"
Xatırladaq ki, Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda Anyusu nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Tehsil-press.az


Oxşar xəbərlər