
Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyə Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimov və qazaxıstanlı dosent Aliyə Biyazdıkovanın birlikdə hazırladığı “Ə.Baytursınovun Orenburq dövrü” adlı məqalə Qazaxıstan Milli Elmlər Akademiyası Ə.Baytursınov adına Dilçilik İnstitutunun beynəlxalq indeksli “Tıltanymn” jurnalının 2022-ci il 2-ci sayında dərc olunub.
Məqalədə A.Baytursınovun həyat və yaradıcılığına nəzər salınıb, görkəmli elm fədaisinin qazax milli kimliyinin formalaşmasında, qazax dilinin inkişafında, çar və sovet Rusiyası dövründə Qazaxıstanda maarifçilik hərəkatının təşəkkülündə və genişlənməsində misilsiz rol oynamasından, Orenburqdakı elmi çalışmalarından, milli mətbuatın yaradılmasındakı fəaliyyətindən bəhs olunur.
Tehsil-press.az