Magistraturaya elektron sənəd qəbulu zamanı təhsil tələbə krediti əldə etmək üçün nəyə diqqət yetirmək lazımdır

Magistraturaya elektron sənəd qəbulu zamanı təhsil tələbə krediti əldə etmək üçün nəyə diqqət yetirmək lazımdır Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir.
Təhsil tələbə krediti (TTK) əldə etmək üçün e-ttkf.edu.az sistemindən qeydiyyat etmək, paralel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istəyi barədə təhsil müəssisəsini məlumatlandırmaq lazımdır. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TKK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür. Eyni zamanda, müəyyən statuslar vasitəsilə müəssisə və sistem tərəfindən kabinetiniz TTK müraciətinizin nəticələri barədə məlumat əldə etmək mümkün olacaq.
Sənədlərin qəbul edilib-edilmədiyini öyrənmək barədə müraciət ediyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcək. Kabinetinizə daxil olan bildirişli yekun qərar verilənədək izləməyiniz vacibdir.
Xatırladaq ki, ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron qeydiyyat iyulun 25-də saat 12:00-da yekunlaşacaq.

Tehsil-press.az




Oxşar xəbərlər