
Videokonfrans formatında panel iclasına qatılan Rauf Heydərli bildirib ki, 2017-ci ildən ABŞ-ın Virciniya ştatında yaşayır, “Recepta” şirkətini quranadək “Amazon”, “Hitachi”, “LYFT” kimi şirkətlərdə aparıcı maliyyə mütəxəssisi kimi çalışıb. Hazırda “Recepta” şirkətinin təsisçisi və icraçı direktorudur.
O nəzərə çatdırıb ki, https://theyoda.co platforması vasitəsilə xaricdə məskunlaşmaq istəyən soydaşlarımız lazımi xidmətlər və məsləhətlər ala biləcəklər. Hazırda sayt ilkin mərhələdədir, yaxın gələcəkdə onun təkmilləşdirilməsi istiqamətində işlər görüləcək. Düşərgə iştirakçılarının bu platformanın inkişafı prosesinə cəlb olunmasının mümkünlüyü vurğulanıb.
Sonra “Teknofest Azerbaijan”ın qalibi düşərgə iştirakçılarına tövsiyələrini verib və suallarını cavablandırıb.
Tehsil-press.az