“TEKNOFEST Azərbaycan” festivalında iştirak edən UNEC komandaları təltif olunub

“TEKNOFEST Azərbaycan” festivalında iştirak edən UNEC komandaları təltif olunub “TEKNOFEST Azərbaycan” festivalında Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) və Zaqatala filialını təmsil edən komandaların üzvləri və mentorlarla rektor professor Ədalət Muradov görüşüb.
Rektor tələbələri “TEKNOFEST” yarışında maraqlı layihələrlə çıxışlarına görə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. UNEC-in 7 layihəsinin “TEXNOFEST” finalına vəsiqə qazandığını böyük uğur adlandıran Ə.Muradov bu istiqamətdə işlərin davam etdiriləcəyini bildirib. O, final mərhələsinə yüksələn komandaların “Karabakh AgroDrone”, "Robotexnika", “Yaşıl texnologiyalar”, “MEDictionary”, “Unim”, "Ağıllı şəhər" və Zaqatala filialının təqdim etdiyi “Philadelphia” layihələrinin əhəmiyyətindən danışıb, bir neçə layihənin daha da təkmilləşdirilərək müsabiqələrə və müvafiq qurumlara təqdim olunacağını diqqətə çatdırıb.
Rektor tələbələrə startap layihələrinin inkişafı, eləcə də müəlliflik hüquqlarının patentləşdirilməsi, təcrübə mübadiləsi istiqamətində UNEC tərəfindən lazımi dəstəyin göstəriləcəyini deyib.
Sonra komanda üzvlərinin və mentorların təklifləri dinlənilib.
Sonda “TEKNOFEST Azərbaycan” festivalında UNEC-i uğurla təmsil etdikləri üçün tələbə və mentorlara fəxri fərmanlar təqdim olunub.

Tehsil-press.az


Oxşar xəbərlər