Türkiyənin “Letgen Biotechnology” şirkətinin rəhbəri BDU-da seminar keçirib

Türkiyənin “Letgen Biotechnology” şirkətinin rəhbəri BDU-da seminar keçirib Türkiyənin “Letgen Biotechnology” şirkətinin rəhbəri Fahrettin Özcan Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün biotexnologiya sahəsində ən son yeniliklərə, biotexnologiyanın tibb, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində tətbiqinə dair seminar keçirib.
Seminarda fundamental elmin sənayedə tətbiqi, innovasiyaların kommersiyalaşdırılması istiqamətindəki mərhələlər geniş müzakirə edilib. PCR texnologiyasının tibb, qida təhlükəsizliyi və kənd təsərrüfatında istifadəsi haqqında ətraflı məlumat verilib. DNA və protein əsaslı diaqnostik dəstlərin müqayisəli təhlili aparılıb.
Eyni zamanda, biotexnologiya sahəsində startap şirkətlərin texnopark imkanlarından istifadəsinin faydaları müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər