
Sakinlərə havanı diqqətlə izləmək və təxliyə halında ən vacib olanları götürmək tövsiyə edilib.
Sinoptiklərin məlumatına görə, leysan yağışları elektrikin kəsilməsinə və yollarda tıxacların yaranmasına səbəb ola bilər. Böyük Britaniyanın meteoroloji xidməti öz növbəsində xəbərdarlıq edib ki, ölkənin bəzi rayonlarında üç saat ərzində bir aylıq norma qədər yağıntı düşə bilər.
Gözlənilən tufanla bağlı Şotlandiya, Şimali İrlandiya, İngiltərə və Uelsdə narıncı səviyyəli hava təhlükəsi elan olunub.
Tehsil-press.az