
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Yüksək döyüş hazırlığının nəticəsidir ki, hava hücumundan müdafiə bölmələrinin sayıqlığı sayəsində avqustun 13-ü Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter aşkar edilib və xüsusi üsulla endirilərək ələ keçirilib.
Azərbaycan-Ermənistan dövlət sərhədində, eləcə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində döyüş növbətçiliyi aparan Ordumuzun şəxsi heyəti istənilən təxribatın qarşısını almağa hazırdır.
Tehsil-press.az