UNEC Abituriyent Məsləhət Mərkəzinə 100-dən çox müraciət edilib

UNEC Abituriyent Məsləhət Mərkəzinə 100-dən çox müraciət edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə kömək göstərilməsi məqsədilə yaradılan UNEC Abituriyent Məsləhət Mərkəzinə 100-dən çox müraciət edilib.
Abituriyentlərdən 28 nəfər I ixtisas qrupu, 36 nəfər II ixtisas qrupu, 14 nəfər III ixtisas qrupu, 11 nəfər IV ixtisas qrupu, 15 nəfər V ixtisas qrupu üzrə ixtisas seçiminə məsləhət almaq üçün müraciət edib. Onlayn müraciət sayı isə 246 olub.
Qeyd edək ki, mərkəz avqustun 26-dək həftəiçi 5 gün UNEC-in III tədris binasında (Murtuza Muxtarov küçəsi 194) saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək.

Tehsil-press.az


Oxşar xəbərlər