“UNEC-i tanı” layihəsi abituriyentlərə ixtisas seçimində dəstək olur

“UNEC-i tanı” layihəsi abituriyentlərə ixtisas seçimində dəstək olur Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) abituriyentlərə ixtisas seçimində dəstək olmaq məqsədilə “UNEC-i tanı” layihəsi davam edir.
Layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.
II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin çərşənbə axşamı saat 10-dan 17-dək əsas tədris binasında (İstiqlaliyyət, 6), I və V ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər isə hər həftənin cümə axşamı saat 10-dan 17-dək 3-cü tədris binada (Murtuza Muxtarov, 194) “Abituriyent məlumat mərkəzinə” yaxınlaşa bilərlər.
Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə UNEC-in rəsmi feysbuk səhifəsinə, eləcə də 1846 “Qaynar xətt”inə onları maraqlandıran suallarla müraciət edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər