Azərbaycan və Qazaxıstan universitetləri birgə elmi tədqiqatların aparılması istiqamətində əməkdaşlıq edəcək

Azərbaycan və Qazaxıstan universitetləri birgə elmi tədqiqatların aparılması istiqamətində əməkdaşlıq edəcək Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Qazaxıstanın ölkəmizdəki səfirliyi tərəfindən silsilə tədbirlərlə qeyd olunur. Bu tədbirlər çərçivəsində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Cənubi Qazaxıstan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və Cənubi Qazaxıstan Dövlət Universitetinin rektoru Dariya Kоjаmjarova imzalayıblar.
Sənədə əsasən, hər iki universitet birgə tədrisin və elmi tədqiqatların aparılması istiqamətində əməkdaşlıq edəcək.

Tehsil-press.az




Oxşar xəbərlər