Liviyanın paytaxtında şiddətli döyüşlər başlayıb

Liviyanın paytaxtında şiddətli döyüşlər başlayıb Liviyanın paytaxtı Tripoli ətrafında şiddətli döyüşlər başlayıb və gün ərzində davam edib.
Tripolinin ətrafındakı silah anbarına hücum edən və general Xəlifə Haftarın nəzarətində olan silahlı qruplaşmalar paytaxt küçələrinə daxil olmağa cəhd edirlər. Şəhərin mərkəzində isə yanğınların baş verdiyi bildirilir.
Liviyanın keçici hökumətinin tabeliyində olan ordunun sözçüsü Muhammed Qununu mətbuat konfransında bildirib ki, Əbdelhəmid Dbeybəhi müdafiə edən hərbçilər general Xəlifə Haftarın Tripoliyə daxil olmasının qarısını alacaqlar. O, BMT-nin Liviya üzrə xüsusi missiyasına müraciət edərək Sirtə, Əl-Cafra və Brak əl-Şati bölgələrinə müşahidəçilər göndərməyi xahiş edib. Qununu iddia edib ki, həmin ərazilərdə muzdlu əcnəbi əsgərlər yeni düşərgələr qurublar və hücum əmrini gözləyirlər.
Liviyada Əbdülhəmid əl-Dbeybəhin başçılıq etdiyi Tripolidəki Milli Birlik Hökuməti ilə şərqdə yerləşən və parlamentin dəstəklədiyi Fəthi Başağanın rəqib hökuməti arasında gərginlik kulminasiya nöqtəsinə çatıb. BMT və Qərb ölkələri onları dialoqa çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər