Havanın temperaturu 43 dərəcəyə çatıb

Havanın temperaturu 43 dərəcəyə çatıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 4-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti isti, yağmursuz keçib.
Havanın temperaturu iqlim normasını 7° ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-40° isti, Naxçıvan Muxtar Respublikasında 40°-dək, dağlıq rayonlarda 36°-dək isti, aran rayonlarında 40°-yə yaxın, Hacıqabulda 43°-dək isti olub.
28 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində havanın dəyişəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq. Küləyin maksimal sürəti 15-20 metr/saniyə, bəzi yerlərdə arabir saniyədə 25-30 metr olacaq.
Küləkli hava şəraiti sentyabrın 7-si gündüzədək davam edəcək.
Havanın temperaturu tədricən 8-10° enəcək.
Sentyabrın 6-sı gündüzdən 8-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında proses sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, sentyabrın 6-dan 8-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
Qərb küləyi əsəcək, sürəti arabir 18-23 metr/saniyə, əsasən Kürvadisi rayonlarda arabir saniyədə 25-30 metr olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° enəcək.

Tehsil-press.az

Oxşar xəbərlər