Oleq Bakinski kriminal avtoritet kimi tanınmasından danışdı

Oleq Bakinski kriminal avtoritet kimi tanınmasından danışdı “Bizə verilən idman formasında məşq də edirdik, dərsə də gedirdik. İnsan geyimini özünə ayıb bilməməlidir”.
Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin budəfəki qonağı Əməkdar idman xadimi, iş adamı Oleq Krapivin uşaqlığında yaşadığı çətinliklərdən danışarkən deyib.
“Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 98-ci olan O.Krapivin kriminal avtoritet kimi tanınmasından da bəhs edib.
“Azərbaycanda məni tanıyan bir nəfər sübut etsin ki, kriminal avtoritetəm. Ukraynada, Rusiyada söhbətə getməyimi bunun sübutu saymaq olmaz. Kriminal o adamdır ki, kiminsə evinə girib, kimisə soyub, aldadıb”, - deyə o qeyd edib.



Tehsil-press.az



Oxşar xəbərlər