ADNSU-da ilk dərs Anım Gününə həsr olunub

ADNSU-da ilk dərs Anım Gününə həsr olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ilk dərs 27 Sentyabr - Anım Gününə həsr olunub.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Dərslərdə 2020-ci il sentyabrın 27-də erməni işğalçılarının Azərbaycan torpaqlarında törətdikləri növbəti təxribatın qarşısının alınması məqsədilə müzəffər Ordumuzun əks-hücum əməliyyatı zamanı torpaqlarımızın işğaldan azad edilməsindən danışılıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərin tarixi əhəmiyyəti vurğulanıb.

Tehsil-press.az



Oxşar xəbərlər