Bu il 6 nömrəli məktəb-liseyin birinci siniflərində 234 şagird təhsil alacaq

Bu il 6 nömrəli məktəb-liseyin birinci siniflərində 234 şagird təhsil alacaq Sentyabrın 22-də T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə ibtidai (I-IV) siniflərində ənənəvi formada dərslər başlayıb.
Təhsil müəssisəsində koronavirus (COVID-19) pandemiyası zamanı xəstəliyin yayılmasının qarşısının alınması ilə bağlı müəyyən edilmiş zəruri göstərişlər nəzərə alınaraq lazımi tədris şəraiti yaradılıb.
Bu il təhsil müəssisəsinin 1-ci siniflərində 234 şagird təhsil alacaq.
Müəllim və şagirdlərlə görüşdə ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Məktəb-liseyin direktoru Gülşən Orucova 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, qazandığımız Böyük Zəfərin əhəmiyyətindən danışıb.
Direktor müəllim və şagirdlərə təhsildə uğurlar arzulayıb.
İlk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
Ötən tədris ilində məktəb-liseyin 125 məzunu olub, onlar Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul ediliblər.

Tehsil-press.az


Oxşar xəbərlər