Dövlət Neft və Sənaye Universitetinin məzunu olmuş şəhid Davud Qurbanovun barelyefinin açılışı olub

Dövlət Neft və Sənaye Universitetinin məzunu olmuş şəhid Davud Qurbanovun barelyefinin açılışı olub Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Vətən müharibəsində şəhid olmuş məzunlarından biri Davud Qurbanovun yaşadığı evin yaxınlığında barelyefinin açılışı olub.
Açılış mərasimində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının, rayon icra hakimiyyətinin və ADNSU-nun nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Mərasimdə Vətən müharibəsində qazandığımız böyük Zəfərin əhəmiyyəti vurğulanıb.
ADNSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Ata Babayev şəhidlərin xatirəsinin ürəklərdə daim yaşayacağını söyləyib.
Çıxış edənlər şəhid Davud Qurbanovun Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs ediblər.
Şəhid Davud Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhəri 299 nömrəli məktəb-liseyi bitirib və həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinə daxil olub. 2017-ci ildə ADNSU-da bakalavr pilləsini bitirərək magistraturaya qəbul olub. 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində iştirak edən Davud Qurbanov Suqovuşanın azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Tehsil-press.az


Oxşar xəbərlər