Nigeriyada meningit epidemiyasından 56 nəfər ölüb

Nigeriyada meningit epidemiyasından 56 nəfər ölüb Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada meningit epidemiyası səbəbindən 56 nəfər ölüb. SİA xəbər verir ki, beyindən başlayaraq bütün bədənə təsir edən menengit hava yolu ilə də keçə bilər.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən verilən açıqlamada, paytaxt Abuca ilə yanaşı, əyalətdə də meningit epidemiyasının yayıldığı bildirilib. Açıqlamada qeyd olunub ki, 961 meningit hadisəsi aşkarlanıb, xəstələrdən 56-sı dünyasını dəyişib.
Epidemiya ilə mübarizə üçün araşdırmaya başlanıldığı bildirilən açıqlamada boyun və baş ağrısı yaşayanların dərhal xəstəxanaya müraciət etmələri barədə xəbərdarlıq edilib.

Tehsil-press.az


Oxşar xəbərlər