
Tibbi ekspertizanın yaydığı məlumata görə, 22 yaşlı Məhsanın ölümünə səbəb başından və həyati vacib orqanlarından aldığı zərbələr olmayıb.
Bildirilir ki, o, 8 yaşı olduqda beynindən əməliyyat olunub: “Sentyabrın 13-ü Əmini huşunu itirib və yerə yıxılıb. Onun ürək ritmi pozulub və qan təzyiqi enib. Həmin dəqiqələrdə ona edilən qeyri-effektiv ürək-tənəffüs reanimasiyası onun beynində oksigen çatışmazlığına səbəb olub. O, orqan çatışmazlığından dünyasını dəyişib”.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun adrınca ölkədə kütləvi etirazlar və iğtişaşlar baş verib.
Tehsil-press.az